Ölüm-dirim mübarizəsi: “Bakı” çempiona, AZAL məğlubedilməzlərə qarşı
17.12.2010 - 12:07
Ölüm-dirim mübarizəsi: “Bakı” çempiona, AZAL məğlubedilməzlərə qarşı
Unibank Premyer Liqasının XVIII turunda “altılıq” uğrunda mübarizədə bir sıra vacib oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyunları olan “Bakı” – “İnter” və AZAL – “Qəbələ” görüşləri çox mətləblərə aydınlıq gətirəcək.

2008-ci ildən bu yana çempion olan “İnter”lə “Bakı”nın görüşləri həmişə maraqlı və gərgin mübarizə şəraitində keçib. Ənənənin davam edəcəyi gözləniləndir. Hər iki komanda, xüsusilə “Bakı” üçün qələbə hava-su kimi lazımdır. Çünki hazırda 7-ci olan “zolaqlılar” xal itirərsə, “altılığ”a düşmək işlərini daha çətinləşdirəcək. “Bakı”nın növbəti turda səfərdə “Qəbələ” ilə oynayacağını nəzərə alsaq, bu iki görüş onun üçün böyük əhəmiyyət kəsb edir. Ötən turda “Neftçi”yə qalib gələn komanda növbəti həmşəhərlilərinə də eyni aqibəti yaşatsa, ona çatacaq. Son 3 turda qələbə qazana bilməyən, cəmi 1 qol vuran “İnter” da meydana yalnız qələbə üçün çıxacaq.

Ötən mövsüm “İnter”lə çempion olandan sonra transferə çıxarılan Leandro Roşa keçmiş komandasına qarşı oynayacaq. Prinsipial görüşə çıxacaq braziliyalı oyun qurucusu “Bakı”da ilk dövrənin sonunda debüt etdiyindən, “bankirlər”lə “Şəfa”dakı matçda oynamamışdı. “Standard”ın heyətində də “İnter”ə qarşı oynamış Roşanın “Bakı”nın son qələbələrində əməyi böyükdür.

AZAL-la “Qəbələ”nin görüşünü turnir cədvəlində “qonşuların dueli” kimi xarakterizə etmək olar. 3-cü yerdə olan “təyyarəçilər”in 4 xal qabaqladığı rəqibi kuboka da nəzərə alsaq, 12 oyundur uduzmur. “Qəbələ”nin latviyalı qapıçısı Pavel Doroşev isə artıq Premyer Liqada 907 dəqiqədir qol buraxmır.
6-cı pillədə olan “Qarabağ”ın bu tur işi nisbətən asandır. Çünki evdə münasib komanda ilə oynayacaq və ən əsası, rəqibləri bir-biri ilə görüşdüyündən, xal itkisi qaçılmazdır. Bu isə ağdamlıların işinə yarayır və qalib gəlməklə, hətta 2 pillə irəliləyə bilərlər. Ancaq onu da nəzərə almaq lazımdır ki, “Muğan” ilk dövrədə “Qarabağ”dan xal ala bilib və meydan sahibləri bunu unutmamalıdır.

“Gəncə” ilə “Neftçi” son iki həftədə 2-ci dəfə Nizami yurdunda görüşəcək. Bundan əvvəlki oyun NBC Bank Azərbaycan kubokunun 1/8 final mərhələsində idi. “Neftçi” həmin görüşdə 3:1 hesabı qalib gələrək, növbəti mərhələyə çıxdı. İndi “Gəncə” həm bunun, həm də ilk dövrədə böyük hesablı məğlubiyyətin əvəzini çıxmalıdır. “Altılığ”a düşməsi real görünməyən gəncəlilər yenə xal itirərsə, şanslarını demək olar heçə endirəcək.

MOİK “Xəzər Lənkəran”la yenə Bakıda görüşəcək. Məsələ ondadır ki, lənkəranlıların ilk dövrədə “hərbçilər”lə ev oyunu zamanı stadionunda yenidənqurma işləri getdiyindən, paytaxtda üzləşdi. Həmin vaxt rəqibini Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda qəbul edən MOİK bu dəfə “Şəfa”da qonaq edəcək. Turnir cədvəlində ilk və son yerdə gedən komandaların görüşündə qüvvələr nisbətində fərq böyükdür. Bu mənada “Xəzər Lənkəran” hesabına növbəti 3 xal yazıb, liderliyini möhkəmlətməlidir.

Tovuzda isə autsayderlərin qarşıdurması olacaq. 10-cu pillədə olan “Turan”la ən yaxın izləyicisi “Simurq”la arasında fərq minimaldır. Bu mənada qələbə şansı böyük olan meydan sahibləri istəyinə çatarsa, rəqibindən xeyli aralanacaq.


18 dekabr

13:00. "Qarabağ" - "Muğan"
Hakimlər: Ceyhun Haşımov, Elşən Acalov, İlham Əliyev, Anar Salmanov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
İlk dövrədəki oyun – 0:0

14:00. "Gəncə" - "Neftçi"
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Orxan Məmmədov
Gəncə. Şəhər stadionu
İlk dövrədəki oyun – 2:6

16:30. "Bakı" - "İnter"
Hakimlər: Vüsal Əliyev, Yaşar Abbasov, Ramiz Əsədov, Elçin Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 0:1

17:00. MOİK - "Xəzər Lənkəran"
Hakimlər: Rauf Cabbarov, Aydın Ələkbərov, Rza Məmmədov, Teymur Fərhadov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:3

19 dekabr

14:00. "Turan" - "Simurq"
Hakimlər: Ramil Diniyev, Habil Əliyev, Mehman Mahmudov, Elvin Əsgərov
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 2:2

14:00. AZAL - "Qəbələ"
Hakimlər: Rövşən Əhmədov, Munis Abdullayev, Mübariz Haşımov, Əliyar Ağayev
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:0

1

Xəzər Lənkəran

17

11

4

2

20-8

37

2

Neftçi

17

10

5

2

30-9


3
5

3

AZAL

17

9

6

2

23-9

33

4

Qəbələ

17

8

5

4

17-7

29

5

İnter

17

8

4

5

14-12

28

6

Qarabağ

17

8

3

6

17-12

27

7

Bakı

17

7

4

6

24-18

25

8

Gəncə

17

5

7

5

23-21

22

9

Muğan

17

4

5

8

8-19

17

10

Turan

17

2

5

10

13-26

11

11

Simurq

17

2

4

11

10-26

10

12

MOİK

17

1

2

14

5-37

5



Bombardir: Bahodir Nasimov (Neftçiİ) - 14.