Georgi Hacı Subaşiçi “Qalatasaray”a gətirmək istəyir
17.12.2010 - 12:39
Türkiyənin ən nəhəng klubları olan “Qalatasaray”la “Fənərbaxça” azərbaycanlı futbolsevərlərə çox tanış soyadlı futbolçu uğrunda savaşa başlayıb. Apasport.az saytının məlumatına görə, əzəli rəqiblər bosniyalı Məhəmməd Subaşiçin keçidi uğrunda mübarizə aparır. Vətənində Sarayevonun “Olimpik” klubunda çıxış edən 22 yaşlı futbolçu sol cinahda yaxşı oyunu ilə istanbulluların diqqətini cəlb edib.
“Fənərbaxça” qış transfer müddətində bir sıra futbolçularla maraqlansa da, Subaşiçin namizədliyi üzərində xüsusilə dayanıb. Onlar Məhəmmədi almaq üçün fəaliyyətə başlayıb. “Qalatasaray”ın rumıniyalı baş məşqçisi Georgi Hacı da bu transferi reallaşmasını çox istəyir. Yığmasında oynayan Subaşiçin “Olimpik”lə müqaviləsi gələn mövsümün sonunda bitəcək. O, milinin yaxında Antalyada Polşa yığması ilə yoldaşlıq görüşündə qol vurub.
Qeyd edək ki, yığmamızın və “Qəbələ” klubunun hücumçusu Branimir Subaşiç də həmsoyadı kimi keçmiş Yuqoslaviyadan çıxıb. Milliyətcə serb olan 28 yaşlı Branimir 2007-ci ildə milliləşdirilərək, yığmamıza cəlb olundu.

0
0