“Qəbələ” Çempionlar Liqasının qrup mərhələsində oynayan klubla müqayisə olundu
17.12.2010 - 13:05
“Qəbələ” Çempionlar Liqasının qrup mərhələsində oynayan klubla müqayisə olundu
“Qəbələ” klubu Danimarka “Olborq”unun 2008-ci ildəki səviyyəsində deyil. Lakin onlar bu səviyyəyə yüksəlmək istəyindədirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri hollandiyalı FİFA agenti Ed Berlson deyib.

Azərbaycanda “Qəbələ” klubu ilə əməkdaşlıq edən hollandiyalı təmsilçimizi 2 il əvvəl ÇL-in qrup mərhələsində oynayan Danimarkanın “Olborq” komandası ilə müqayisə edib: “Qəbələlilər böyük işlər görməyə çalışırlar. Yeni stadion inşa olunur və klub prezidentinin böyük planları var. Üstəlik səviyyəli futbolçuları da komandalarına cəlb ediblər. Belələrindən Terri Kuk və Milan Antiçi qeyd etmək olar”.

Berlson “Olborq”dan “Qəbələ”yə keçidində vasitəçi olduğu müştərisi Stiv Olfersin transferinə də toxunub: “Qəbələlilərin baş məşqçisi Toni Adams məni yanına çağırmışdı. O, dedi ki, 2008-ci ildə Çempionlar Liqasının “Mançester Yunayted”lə oyunu zamanı “Olborq”un müdafiəçisini bəyənib. Məndən Olfersin PSV-dən “Qəbələ”yə keçidinin mümkün olub-olmadığını da soruşdu”.

Qeyd edək ki, “Olborq”un ÇL-in qrup mərhələsində oynadığı vaxt Olferslə çiyin-çiyinə çıxış edən danimarkalı Brayan Priskin də “Qəbələ”yə keçidi həll olunmaq üzrədir.