Xavi dünyanın ən yaxşı futbolçusu, Mourinyo məşqçisi seçildi
17.12.2010 - 13:28
Dünyada məşhur “World Soccer” jurnalı ilin ən yaxşı futbolçusu, məşqçisi və komandasını seçib. Apasport.az saytının məlumatına görə, 1982-ci ildən bu üçlüyü müəyyənləşdirən jurnalın keçirdiyi səsvermənin nəticələrinə əsasən ispaniyalı yarımmüdafiəçi Xavi Ernandes (“Barselona”) ən yaxşı futbolçu, portuqaliyalı Joze Mourinyo (“Real”) ən yaxşı məşqçi, İspaniya yığması ən yaxşı komanda olub.
“World Soccer”in oxucularının 24,1 faizi Xaviyə səs verib. O, “Braselona”dakı argentinalı komanda yoldaşı Lionel Messi və “İnter”in hollandiyalı yarımmüdafiəçisi Uesli Sneyderi qabaqlayıb. Mourinyo bu il İspaniya yığmasını dünya çempionluğu qazandıran Visente del Boske və Uruqvay millisinin baş məşqçisi Ockar Tabaresdən üstün olub. İspaniya yığması isə ölkəsinin çempionu “Barselona” və Çempionlar Liqasının son qalibi “İnter”i geridə qoyub.
Qeyd edək ki, jurnalın ötən ilki sorğunun qalibləri Messi, Xosep Qvardiola və “Barselona” olub.

0
0