Püşk nəhəngləri üz-üzə qoydu
17.12.2010 - 15:46
Püşk nəhəngləri üz-üzə qoydu
UEFA Çempionlar Liqasının (ÇL) püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, iki cütdə daha maraqlı mübarizə gözlənilir.

Ötən mövsümün finalında görüşən “İnter”lə “Bavariya” bu dəfə artıq 1/8 finalda qarşılaşacaq. 2006-cı ilin finalında rəqib olan “Barselona” ilə “Arsenal” ardıcıl ikinci mövsüm pley-offda üzləşəcəklər.

Kataloniya təmsilçisi 4 il öncə finalda (2:1), ötən mövsüm 1/4 finalda (səfərdə 2:2, evdə 4:1) rəqibindən üstün olmuşdu.

“Real”la “Lion” indiyə kimi həm qrupda, həm də pley-offda rəqib olublar. Püşk onları ardıcıl ikinci mövsüm 1/8 finalda görüşdürəcək. Madridlilər son məğlubiyyətin (səfərdə 0:1, evdə 1:1) əvəzini çıxmalıdırlar.

Püşkdə ən çox “Çelsi”nin bəxtinin gətirdiyini demək olar. Hər halda, londonlular 1/8 finalın ən zəifi sayılan “Kopenhagen”i yenməkdə çətinlik çəkməməlidir.

1/8 final mərhələsinin oyunları

“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)
“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə)
“Valensiya” (İspaniya) – “Şalke” (Almaniya)
“İnter” (İtaliya) – “Bavariya” (Almaniya)
“Lion” (Fransa) – “Real” (İspaniya)
“Marsel” (Fransa) – “Mançester Yunayted” (İngiltərə)
“Arsenal” (İngiltərə) – “Barselona” (İspaniya)
“Kopenhagen” (Danimarka) – “Çelsi” (İngiltərə)


Qeyd edək ki, 1/8 final oyunları gələn ilin fevralın 15-16-sı və 22-23-də keçiriləcək.