“Gəncə” “Neftçi”yə qarşı tam heyətlə oynaya bilməyəcək
17.12.2010 - 16:05
Unibank Premyer Liqasının XVIII turunda "Neftçi" klubunu qəbul edəcək "Gəncə" dekabrın 18-də keçiriləcək oyuna bir sıra itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, qərblilər ayaq damarı qırılan Ceyhun Sultanov və qabırğası sınan Xəyal Mustafayevin xidmətindən məhrumdur. Kamerunlu Armand Feutçinenin "Neftçi" ilə oyunda meydana çıxması da sual altındadır.
Qeyd edək ki, bu oyun hər 2 komanda üçün qış fasiləsi ərəfəsində sonuncudan əvvəlki matç olacaq.
Mənbə: pfl.az
Qeyd edək ki, bu oyun hər 2 komanda üçün qış fasiləsi ərəfəsində sonuncudan əvvəlki matç olacaq.
Mənbə: pfl.az
0
0