“Qəbələ” Danimarka yığmasında oynayan futbolçunu bəyənmədi
21.12.2010 - 00:04
Danimarka yığmasının sabiq futbolçusu Brayan Priskin “Qəbələ” klubuna keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, “Olborq”da forma geyinən müdafiəçi karyerasını Azərbaycanda davam etdirə bilməyəcəyini açıqlayıb.
Prisk buna anlaşılmazlığın səbəb olduğunu bildirib: “Ay yarımdır ki, danışıqlar aparırdıq. Müzakirələrdə vəkilim və mühasib də iştirak edirdi. Demək olar ki, hər şey həll olunmuşdu və müqaviləmin əlimdə olduğunu düşünürdüm. Belə bir vaxtda onlar məndən imtina etdilər. Bunu biləndə şoka düşdüm. Etiraf edim ki, həmin müqavilənin maddi tərəfi çox sərfəli idi. Lakin komandanın baş məşqçisi Toni Adams son anda fikrindən daşınıb”.

0
0