Borbiconi le malheureux
21.12.2010 - 00:07
“Bakı” klubunun fransalı legioneri Stefan Borbikoni “İnter”ə 1:2 hesabı ilə uduzduqları oyunda milli çempionatımızın tarixinə düşdü. Apasport.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçi Tofiq Bəhramov adına Respublika stadionunda hər iki qapıya qol vurdu.
Ancaq Stefan bunun birində qapıları səhv saldığı üçün avtoqol müəllifi oldu. Özü də legioner hər iki halda künc zərbəsindən sonra topu başla qapıdan keçirdi. 51-ci dəqiqədə “İnter”in qapıçısı Dmitri Kramarenkonu məyus edən Borbikoni bundan 22 dəqiqə sonra başla topa uğursuz toxunaraq, seneqallı qolkiperi Xalidu Sissokonun cari çempionatda ilk qolu buraxmasına səbəbkar oldu.
İstənilən halda, Stefanı “Bakı”nın cari mövsümdə uğurlu transfer saymaq olar. Yay “transfer pəncərəsi”nin bağlanması ərəfəsində Fransanın “Mets” klubundan 1 illiyə icarəyə götürülən legioner gələn gündən daim əsas heyətdə yer alır. O, müdafiədə etibarlı olmaqla yanaşı, standart vəziyyətlər zamanı hücuma qoşulmaqla, rəqibləri üçün təhlükə yaradır.
“Bakı”da kuboku da nəzərə alsaq, 15 oyun (1290 dəqiqə, 2 sarı) keçirən Borbikonini məhsuldar müdafiəçi saymaq olar. Hər halda, “Bakı”da bir sıra ön xətt oyunçuları kimi 3 qol vurub və bombardir Jabadan cəmi 1 top geri qalır. Fransalı bunadək VII turda “Turan”la (3:1), XIII turda “Qarabağ”la görüşdə (2:0) də fərqlənmişdi. XVII turda “Neftçi” ilə görüşdə həmyerlilərinin, Fransanın ölkəmizdəki səfirliyinin nümayəndələrinin stadionundan “Allez Borbigoal!!!” yazılan plakatla ruhlandırdığı Stefan bütün qolları “Bakı”nın ev oyunlarında, yəni Respublika stadionunda vurub.
Borbikonini “bəxtsiz cavan” adlandırmaq da mümkündür. Söhbət təkcə onun “İnter”lə görüşdə etdiyi avtoqolla bağlı deyil. Stefan hələ VIII turda “Xəzər Lənkəran”la səfər oyununda yenə künc zərbəsindən sonra başla topun qapıdan keçməsinə və hesabın bərabərləşməsinə (1:1) səbəbkar olmuşdu. Ancaq həmin vaxt qol künc zərbəsini yerinə yetirən komanda yoldaşı Vaqif Cavadovun adına yazıldı. Borbikoni bundan əvvəlki turda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri görüşdə də fərqləndi.
Həmin vaxt cərimə zərbəsindən sonra məhz Stefanın braziliyalı müdafiəçi Denis Silva ilə hava mübarizəsi rəqibin başla topu öz qapısından keçirməsi ilə nəticələndi. Yəni, bu 2 qol olsaydı, Borbikoni indi “Bakı”nın bombardiri idi.
Mehman SÜLEYMANOV

0
0