Samuel Eto’O 4-cü dəfə Afrikanın ən yaxşı futbolçusu oldu
21.12.2010 - 09:55
Samuel Eto’O 4-cü dəfə Afrikanın ən yaxşı futbolçusu oldu
Kamerun yığmasının kapitanı Samuel Eto’O 4-cü dəfə Afrikanın ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, İtaliyanın “İnter” klubunun 29 yaşlı hücumçusu səsvermədə İngiltərə Premyer Liqasında oynayan Kot D’İvuar yığmasının kapitanı Didye Droqba (“Çelsi”) və Qana millisinin hücumçusu Asamoa Qyanı (“Sanderlend”) qabaqlayıb.

Bunadək 3 il dalbadal – 2003, 2004 və 2005-ci illərdə Afrikanın ən yaxşı futbolçusu sayılan Samuel bu dəfə klubunda böyük uğurlar qazanıb. Belə ki, o, “İnter”lə İtaliya çempionluğu, kuboku, Superkuboku, Çempionlar Liqasının, klublar arasında dünya çempionatının qalibi, son turnirin “Qızıl top” mükafatının sahibi olub. Ancaq Samuel Eto’O-nun yığma ilə DÇ-2010-da uğursuz çıxışı – qrupdan çıxa bilməməyi ən yaxşı seçilməsinə əngəl olmayıb.