“Xəzər Lənkəran” – “Qarabağ” oyunu canlı yayımda
22.12.2010 - 13:55
Azərbaycan çempionatının XIX turunun 4 oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, “İdman-Azərbaycan” və “Lider” kanallarının hər biri 2 qarşılaşmanı tamaşaçılara təqdim edəcək.
Sonuncular saat 13:00-da başlayan “Qəbələ” – “Bakı” və 2 saat sonra start fiti veriləcək “Neftçi” – “Turan” görüşlərini yayımlayacaq. Futbol yayımını “Lider”lə eyni vaxtda başlayacaq “İdman-Azərbaycan” kanalı isə əvvəl “Muğan” – AZAL, saat 17:00-da isə “Xəzər Lənkəran” – “Qarabağ” matçını göstərəcək.
Bu isə o deməkdir ki, ilin son turunun yalnız 2 qarşılaşması heç 1 kanala lazım olmayıb. Bu, “İnter” və “Gəncə” arasında Bakıda keçiriləcək oyun və autsayderlərin Zaqataladakı duelidir. Həmin matçda “Simurq”la MOİK üz-üzə gələcək.

0
0