FİFA apasport.az saytına təşəkkür etdi
22.12.2010 - 14:40
AFFA 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının talismanı ilə bağlı qəti qərara hələ də gələ bilməyib. Apasport.az saytı isə öz təklifi olan Tıq-tıq xanımın sələflərinin axtarışını yekunlaşdırıb.
Belə ki, talisman seçimində aşkar favorit olan balaca, dəcəl, şirin xanım 17 yaşadək qızlar arasında dünya çempionatları tarixində heç də ilk talisman olmayacaq.
Tarixi 2 il əvvəl qoyulan və artıq 2 dəfə baş tutan mundialları araşdırıb, Tıq-tıq xanımın yalnız 1 “bacısı” olduğunu müəyyənləşdirdik. Məsələ ondadır ki, 2008-ci ildə Yeni Zelandiyada təşkil olunan ilk dünya çempionatı talismansız keçirilib.
Bu haqda məlumat apasport.az saytına FİFA-nın Marketinq Departamentindən verilib. Bildirilib ki, yarış ilk dəfə keçirildiyi üçün talisman seçilməsi lazım olmayıb: “FİFA tərəfindən təşkil olunan yarışa göstərdiyiniz diqqət üçün sizə və saytınıza təşəkkür edirik. Bu maraq bizi sevindirir və sizin talismanla bağlı müraciətinizə məmnuniyyətlə cavab veririk. Həmin vaxt yarışın rəsmi talismanı yox idi. Yeni Zelandiyadakı çempionatın yalnız loqosu olub”.
Elə bu səbəbdən də Tıq-tıq xanımdan əvvəl onun yalnız 1 “bacısı” olub. Bu da 2010-cu ildə Trinidad və Tobaqoda təşkil edilən mundialda təqdim olunub. Bu Karib dənizi hövzəsindəki ölkədə DÇ-lərin ilk talismanı olmuşdu. Həmin talsiman ölkənin adına yaxın olan Triniti adını daşıyırdı.

0
0