Cavid Hüseynov: Formada olmadım, oyunum alınmadı, qol da vura bilmədim
22.12.2010 - 15:07
“Turan” zəif rəqib deyil. Belə olmasaydı, birinci dövrədə heç-heçə oynamazdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov deyib.
Sabah ilin sonuncu turu çərçivəsində “Turan”la qarşılaşacaq “Neftçi” qələbə qazanmaqla yanaşı, Lənkəranda baş tutacaq “Xəzər Lənkəran” – “Qarabağ” matçının nəticəsini gözləyəcək. Belə ki, cənub təmsilçisi məğlub olarsa, paytaxt klubu qələbə sayəsində ili zirvədə başa vuracaq. Ancaq Hüseynov rəqibi deyil, özlərini düşünməli olduqlarını vurğulayıb: “Biz Tovuzdakı heç-heçənin əvəzini çıxmalıyıq. Lider olacağımıza gəlincə, əvvəlcə qələbə qazanmalıyıq. Bundan sonra “Xəzər Lənkəran”ın məğlub olması haqda düşünmək olar. Yəni əvvəlcə öz üzərimizə düşəni etməliyik”.
Başa çatan ili də dəyərləndirən Hüseynov 2010-cu ilin onun üçün düşərli olmadığını qeyd edib: “Ən pis ilimi keçirdim. Formada olmadım, oyunum alınmadı, qol vura bilmədim. İldə heç olmasa, 5-6 qol vururdum. Ancaq indi cəmi 1 dəfə fərqlənmişəm”.
Ruhdan düşmədiyini bildirən yarımmüdafiəçi 2011-ci ildə özünü yaxşı tərəfdən göstərməyə çalışacaq: “2011-ci ildən çox şey gözləyirəm. Toplanışlar olacaq. Yaxşı hazırlaşmalıyam. Çünki çempionat uzun marafondur. Məqsədimiz mövsümün sonunda qızıl medal qazanmaqdır. İnşallah, arzumuza çatarıq”.

0
0