“Hansı komandaya keçəcəyim bu oyundan sonra bilinəcək”
23.12.2010 - 00:02
“Hansı komandaya keçəcəyim bu oyundan sonra bilinəcək”
“Hansı komandaya keçəcəyim bu günkü oyundan sonra bilinəcək. Əsas real namizəd “Qəbələ”dir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun müdafiəçisi Vurğun Hüseynov deyib.

“Transfer pəncərəsi” açılmasa da, bir müddət əvvəl transferə çıxarılan müdafiəçinin xidmətində “Qəbələ” klubunun maraqlı olduğu aydındır. Sabiq komandasına dönməyin əleyhinə olmadığını vurğulayan müdafiəçinin taleyinə 2-3 gün ərzində aydınlıq gətiriləcək. Hazırda paytaxtda olan və “Turan”ın “Neftçi” ilə keçirəcəyi oyuna köklənən 22 yaşlı futbolçu sürpriz etmək niyyətində olduqlarını açıqlayıb: “Xal qazanmaq istəyirik. Bu gün sürpriz edəcəyimizə inanıram”.