Messi ən yaxşı deyilmiş
23.12.2010 - 09:53
Argentinada ilin ən yaxşı idmançısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi vətənində ən yaxşı ola bilməyib. O, yalnız 2-ci yerlə kifayətlənib. Ən yaxşı argentinaklı idmançı isə Lusiana Aymar olub. Ötüstü hokkey yığmasının lideri olan xanım idmançı texnika və xarizmasına görə Dieqo Maradona ilə müqayisə olunur. Lusiana 2010-cu ildə dünya çempionu qazanmaqla yanaşı, həm mundialın, həm də ilin ən yaxşı oyunçusu seçilib.
0
0