“Neftçi”nin legionerlərinin yoxluğu hiss olundu
23.12.2010 - 10:08
“Neftçi”nin legionerlərinin yoxluğu hiss olundu
Çində təlim-məşq toplanışında olan Makedoniya milli komandası yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, səfərə əsas heyətin əksər üzvləri olmadan yollanan sabiq yuqoslaviyalılar meydan sahibləri ilə görüşüblər. Asiyalılar matçın son saniyələrində vurulan qolla minimal hesablı qələbə qazanıblar. Bakının “Neftçi” klubunun makedoniyalı oyunçuları İqor Mitreski və Slavko Georgiyevski bu dəfə yığmaya çağırılmadığından qarşılaşmada iştirak edə bilməyiblər. Digər təmsilçimiz “İnter”in üzvü olan Filip Despotovski də zədəli olduğu üçün komandasına kömək etmək iqtidarında deyil.