Platiniyə rəqib tapılmadı
24.12.2010 - 00:29
Platiniyə rəqib tapılmadı
UEFA-nın hazırkı prezidenti Mişel Platini 2015-ci ilədək vəzifəsinə davam edəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə qitə futbol qurumunun saytı bilgi verib.

Bildirilir ki, dünən keçirilən UEFA-nın iclasında qurumun rəhbərliyinə Platinidən başqa heç kəs namizədliyini irəli sürməyib. Seçim zamanı tək namizəd qaldığından prezidentlik avtomatik olaraq yenidən 4 il 55 yaşlı fransıza həvalə edilib. Fransa futbolunun canlı əfsanələrindən olan Platininin prezidentliyi UEFA-nın 2011-ci ilin yanvarında keçiriləcək 35-ci qurultayında təsdiq olunacaq.

Xatırladaq ki, Mişel Platini 2007-ci ildən UEFA-ya rəhbərlik edir.