“Beşiktaş” yığmamıza qol vuran futbolçu ilə müqavilə imzaladı
24.12.2010 - 10:25
“Beşiktaş” yığmamıza qol vuran futbolçu ilə müqavilə imzaladı
Türkiyənin “Beşiktaş” klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “qara qartallar” Simao Sabrozanın ardınca digər portuqaliyalı – Uqo Almeydanın da transferini rəsmiləşdirib. “Beşiktaş”la 3,5 illik müqavilə imzalayan futbolçu Türkiyədə ilinə 2,7 milyon avro qazanacaq.
2007-ci ildən “Verder”də forma geyinən Almeydanın transferi isə İstanbul klubuna 2 milyon avroya başa gəlib.

Qeyd edək ki, Almeyda 2007-ci oktyabrında yığmasının heyətində Bakıda Azərbaycan milli komandasına 2:0 hesabı ilə qalib gəldikləri rəsmi oyunda qol vurub.