“Xəzər Lənkəran”a qiymət oxudular
24.12.2010 - 11:17
“Xəzər Lənkəran”a qiymət oxudular
Bir sıra legionerlərini transferə çıxaran “Xəzər Lənkəran”da futbolçu axtarışları davam edir. Apasport.az saytının məlumatına görə, Rumıniyadan olan həmkarlarımız Aleksandr Kardozo ilə bağlı danışıqların getdiyini iddia edirlər.

26 yaşlı braziliyalı müdafiəçinin 2008-ci ildən şərəfini qoruduğu “Panduri”ni tərk etməsinə bu klubun rəhbərliyi də razıdır. Belə ki, klub prezidenti Eugen Pirvulesku lənkəranlılarla danışıqlar apardığını təsdiqləyib. O, təmsilçimizə qiymət “oxuduğunu” da etiraf edib: “Kardozo çox qiymətli oyunçudur. “Xəzər Lənkəran” və ya hər hansı başqa klub onu transfer etmək üçün bizə 500 min avro ödəməlidir”.

Qeyd edək ki, 2006-cı ildə Avropaya transfer olunan Kardozo vətənində “Kommersial”ın formasını geyinib. Köhnə qitədə isə “Panduri”yə qədər Portuqaliyada çıxış edən müdafiəçi “Eştrela de Amadora”da oynayıb.