Araz Abdullayevlə Vurğun Hüseynov dalaşdı
24.12.2010 - 13:22
Araz Abdullayevlə Vurğun Hüseynov dalaşdı
AFFA və Access Bankın birgə layihəsi olan 2011-ci ilin təqvimi hazırlanıb. Apasport.az saytının məlumatına görə, “Millimizin dəyərləri” şüarı altında hazırlanan yeni ilin təqvimini Azərbaycan millisinin futbolçularının rəsmləri bəzəyir.

Özü də ən maraqlıdır ki, onlar fərqli “amplualar”da çıxış edirlər. Əksəri milli geyimdə olan futbolçular ölkəmizin tarixi və görməli yerlərində “iş başındadırlar”.

Baş məşqçi Berti Foqtsun drijor kimi təqdim olunduğu təqvimdə rəqqaslar (Vaqif Cavadov, Ruslan Abışov, Rail Məlikov, Əfran İsmayılov və Maksim Medvedev) da var, musiqiçilər (Rauf Əliyev, Səlahət Ağayev, Amit Quluzadə) də.

İnşaatçılar (Mahir Şükürov, Əfran İsmayılov), dəmirçi (Cavid Hüseynov), mühafizəçilər (Vladimir Levin, Aleksandr Çertoqanov) olan təqvimdə Novruz tonqalı ətrafında şənlənənlər və çay süfrəsi arxasında istirahət edənlər də var.

Yığmamızın kapitanı Rəşad Sadıqovun Azərbaycan bayrağına sarıldığı layihədə Araz Abdullayevlə Vurğun Hüseynovun xəncər davasına çıxdığı təqvim yüksək zövqlə hazırlanıb.