Benouahi&Əliyev
24.12.2010 - 12:06
Azərbaycan Premyer Liqasının noyabr və dekabr ayı üçün ən yaxşı futbolçularının adları məlum olub. Apasport.az saytının məlumatına görə, AZAL-ın mərakeşli yarımmüdafiəçisi Zoahir Benouahi ötən, “Simurq”un hücumçusu Samir Əliyev isə bu ayın ən yaxşı futbolçusu seçilib.
Zoahir noyabrda vurduğu 5 qolla komandasının qələbələrində böyük rol oynadı. AZAL-ın bu yay transfer etdiyi Benouahini ən yaxşı legioneri saymaq olar. Samir isə bu il hər 3 qolunu dekabrda vurdu. Onun fərqləndiyi görüşlərin hamısında nəticə qazanan “Simurq” 5 xal yığıb.
Qeyd edək ki, qaliblər bu gün Peşəkar Futbol Liqasının Unibankla birgə tədbirində mükafatlandırılacaqlar.
Mehman SÜLEYMANOV

0
0