Dekabrın ən yaxşısı: “Qarabağ”
24.12.2010 - 12:21
Azərbaycanda növbəti futbol ili başa çatdı. Premyer Liqa son turun oyunlarını dekabrın 23-də keçirməklə, 51 günlük fasiləyə çıxdı. XIX tur da maraqlı oyunlar və nəticələrlə yadda qaldı. Ən diqqəti çəkən məqam “Neftçi” qış çempionu olmasıdır. Liderliyi evdə “Bakı”ya 0:2 hesablı məğlubiyyətdən sonra itirən flaqman 2 turdan sonra zirvəyə qayıtdı.
“Qəbələ” – “Bakı” – 0:1
“Bakı”nın bu qələbəsinin “altılıq” uğrunda mübarizədə şansının saxlaması baxımından nə qədər vacib olduğu hamıya məlumdur. Ancaq onu da qeyd edək ki, komandanın cari mövsümdə əyalətdə qazandığı hər iki qələbə çox vacibdir. Çünki II dövrənin startında “Gəncə”ni 3:1 hesabı ilə yendikdən sonra “zolaqlılar”ın qələbə seriyası başladı və nəticədə komanda turnir cədvəlində vəziyyətini yaxşılaşdırdı. Bu ilin sonluğu da əyalətdə oldu və son ölkə kubokunun qalibi “Qəbələ”yə qalib gəlməklə, xal fərqini 2-yə endirdi. “Qarabağ”ın son turda səfərdə “Xəzər Lənkəran”ı məğlub etdiyini nəzərə alsaq, “Qəbələ” da buna nail olsaydı, “Bakı” onlardan 8 xal geridə qalacaqdı. Bu isə sona 3 tur qalmış “altılıq” şanslarının demək olar əldən getməsi idi. Özü də “Bakı”nın “Qəbələ”nin 13 oyun məğlubiyyətsiz oyunlar seriyasını qırması qələbəsinin çəkisini artırır.
“Muğan” – AZAL – 3:1
“Muğan”ın “altılığ”a düşmədiyi artıq rəsmiləşsə də, evdə inamlı təsir bağışladığını bir daha təsdiqlədi. Təsadüfi deyil ki, salyanlılar bir çoxlarını yenə bilmədiyi, 3-cü yerdə gedən AZAL üzərində inamlı qələbə qazandı. “Muğan” xallarının çoxunu qazandığı öz meydanında cəmi 1 oyunda uduzub. O, bu göstəricidə liderlər “Neftçi” və “Xəzər Lənkəran” bir sırada durur. Belə ki, Salyan klubu da çempionluğa əsas namizədlər olan prinsipial rəqiblər kimi cari mövsümdə evdə bir dəfə uduzub. “Muğan” həmin 0:3 hesablı məğlubiyyəti “Neftçi”dən aldı və bosniyalı baş məşqçisi Almir Hurtiç istefa verdi. Bu postu köməkçisi Bəhmən Həsənov tutdu və onun vaxtında Salyanda hər iki oyunda qələbə qazanılıb. Buna qədər son çempion “İnter” və MOİK-lə oyunlarda 1:0 hesablı qələbə olmuşdu.
AZAL isə II dövrədə uğurlu çıxış etmir. Son 4 oyunda qələbə üzünə həsrət qalan “təyyarəçilər” ardıcıl 3 bərabərlikdən sonra uduzdur. Maraqlıdır ki, komanda 4 oyunda 9 xal itirsə də, xeyli vaxtdır qərarlaşdığı 3-cü pillədə qalır. Düzdür, “İnter” artıq ona çatsa da, şəxsi oyunlarda ondan geri qalır.
“Simurq” – MOİK – 1:1
“Simurq”un ən yaşlı futbolçusu olan Samir Əliyevin ayağı yaman açılıb. 31 yaşlı hücumçu üçün bu ay uğurlu oldu. 11 ay susan Samir hər 3 qolunu dekabrda vurdu. Özü də onların hamısında “Simurq”un yeganə qoluna Əliyev imza atıb və ən əsası, xal qazanılıb. Ancaq “Bakı” ilə “Turan”la oyunlardan fərqli, Əliyevin MOİK-lə görüşdə qolu aktivə yazmaq olmaz. Çünki son pillədə gedən MOİK-lə evdə 1:1 hesablı bərabərlik uğurlu nəticə sayılmamalıdır. Zaqatalalılar qalib gəlib, “Turan”ın qabaqlamaq şansından istifadə edə bilmədilər. MOİK isə uzun fasilədən sonra qol vurub, xal qazanmağı bacardı.
“Neftçi” – “Turan” – 2:0
“Neftçi” çempionatımızın bombardiri olan Bahodir Nasimovun yoxluğunda da qalib gələ bildi. Özbək futbolçunun hücumdakı tərəfdaşı olan belçikalı Emil Mpenza bunda pay sahibi oldu. Mpenza ilin son 2 oyununda komanda yoldaşı Rəşad Abdullayev kimi rəqib qapısına yol tapdı. “Neftçi”nin yayda transfer etdiyi Mpenzanın hesabında 5 qol vurub ki, bunun 4-ü Respublika stadionunda olub. Revaz Dzodzuaşvili isə “Turan”ın baş məşqçi postunu onu 2 dəfə tutan Naci Şensoya təhvil verərək, klubda məsləhətçi vəzifəsinə qayıtdı.
“İnter” – “Gəncə” – 1:0
“Gəncə”nin bu məğlubiyyəti ilə “altılığ”a düşmək şansını demək olar birdəfəlik itirdi. Düzdür, bu, hələ rəsmiləşməsə də, 6-cı pillədə gedən “Qəbələ”dən 8 xal geri qalır. Bu isə sona 3 tur qalmış rəqiblər üçün böyük üstünlükdür. Ancaq “Gəncə” “İnter” üçün arzuolunmaz rəqib olduğunu göstərdi. İlk dövrədə rəqibinə 1:0 hesabı ilə qalib gələn gəncəlilər səfərdə 88 dəqiqə dözdü.
“Xəzər Lənkəran” – “Qarabağ” – 1:2
“Xəzər Lənkəran”ın məğlubiyyəti ilə cari mövsümdə evdə uduzmayan komanda qalmadı. Qış çempionluğuna cəmi 1 xal yetərli olsa da, lənkəranlılar bunu əldə edə bilmədi. “Qarabağ” isə daha yaxşı oynayaraq, layiqli qələbə qazandı. Təsadüfi deyil ki, Mirça Rednik də bunu oyundan sonra etiraf etdi. “Qarabağ” dekabrda çempionatda bütün oyunlarda yüz faizli nəticə göstərən yeganə komanda oldu – 4 oyun, 4 qələbə. Komanda bu ay yalnız ölkə kubokunda istəyinə çatmadı. Düzdür, əslində ağdamlılar əlavə vaxtı da nəzərə alsaq, “Turan”la 120 dəqiqəlik oyunda uduzmadı – 0:0. Sadəcə, kubokda qalib müəyyənləşməli olduğundan, penaltilər seriyası təyin edildi və onda tovuzlular üstün oldu – 4:2.
Mehman SÜLEYMANOV

0
0