Avro-2012-yə Azərbaycan töhfəsi
24.12.2010 - 17:29
Avro-2012-yə Azərbaycan töhfəsi
Azərbaycan milli komandasının Avro-2012-yə vəsiqə qazanması mümkünsüz görünsə də ölkəmiz də qitə birinciliyinə öz töhfəsini verəcək. Apasport.az saytının məlumatına görə, azərbaycanlılar Donetsk şəhərinin yarışa hazırlaşmasına kömək olmaq niyyətindədirlər. Belə ki, ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli ilə Donetsk dövlət vilayət administrasiyasının sədr müavini Sergey Derqunov arasında görüşdə də bu məsələ müzakirə olunub.

Azərbaycan nümayəndəsi şəhər rəhbərliyinin onlara bir park ayırmasını xahiş edib ki, orada Azərbaycan mədəniyyət mərkəzi, uşaqlar üçün isə əyləncə mərkəzi düzəldilsin: “Başa düşürük ki, Donetskin büdcəsi o qədər zəngin deyil. Bu səbəbdən də parkı özümüz abadlaşdırmaq istəyirik. Bu həm Donbassın paytaxtı, həm də bizim üçün yaxşı olar”.