“Neftçi” Türkiyədə “Arsenal”la görüşəcək
24.12.2010 - 17:15
Bakının “Neftçi” klubunun Türkiyədəki hazırlıq prosesində yoxlama oyunu üçün daha bir rəqibi müəyyənləşib. Komandanın baş məşqçisi Arif Əsədovun apasport.az saytına verdiyi məlumata görə, Antalyadakı təlim-məşq toplanışında Ukraynanın “Arsenal” klubu ilə görüşəcəklər.
Premyer Liqadakı fasiləyə qış çempionu kimi yollanan gənc çalışdırıcı Kiyev təmsilçisi ilə oyunun hazırlığın II mərhələsində olacağını bildirib: “Bu, yanvarın 26-sı üçün nəzərdə tutulub. Məsələnin rəsmiləşməsi qalıb. Biz hazırlığın ilk mərhələsində əsasən fiziki hazırlığa diqqət yetirəcəyik. Yanvarın 7-9-da Bakıda yığışıb, futbolçuları tibbi müayinədən keçirəcəyik. Yanvarın 10-da Türkiyəyə yollanıb, hazırlığın ilk mərhələsində 20-dək orada olacağıq. Həmin 10 gündə futbolçulardan test normativləri götürüb, 1 yoxlama oyunu keçirəcəyik. Bu, yanvarın 19-da Rusiyanın “Rubin” komandası ilədir. Antalyada ikinci hazırlıq mərhələsində 4 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Yanvarın 29-da Avstriyanın “Şturm” klubu ilə görüşəcəyik. Son iki oyun fevralın 1-i, 3-ü üçün nəzərdə tutulub. Rəqiblər hələ dəqiqləşməyib”.
Mehman SÜLEYMANOV

0
0