“Anamı və qızımı Braziliyadan Bakıya gətirəcəm” - FOTO
25.12.2010 - 00:09
“Düzü, bir az yorğunam. Yaxşıca istirahət etmək istəyirəm”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı”nın braziliyalı futbolçusu Fabio Luis Ramim deyib.
Azərbaycan yığmasının da formasını geyinən milliləşdirilən futbolçu bildirib ki, qış fasiləsində ölkəsinə yollanmaq fikrində deyil: “Anamı və qızımı Braziliyadan Bakıya gətirəcəm. Onlara Azərbaycanı göstərmək istəyirəm. Qış fasiləsində Braziliyaya getməyə lüzum görmürəm. Azərbaycan da mənim üçün doğma yerdir. Burada darıxmıram. Dincəlmək üçün Bakıdan yaxşı yer yoxdur”.
“Qəbələ” ilə oyun barədə da danışam Ramim bildirib ki, qazanılan qələbəyə görə sevinir: “Çətin səfər oyununda qələbə qazandığımız üçün çox xoşbəxtəm. Biz bu gün çox yaxşı oyun nümayiş etdirdik, vuruşduq. Sona üç tur qalıb. Bu oyunlarda da əsas məqsədimiz maksimum xal toplamaqdır. Fasilədən istifadə edib daha da ciddi hazırlaşmalıyıq. İnanıram ki ilk altılığa düşəcəyik”.

0
0