Ekvatordan baxış
25.12.2010 - 00:14
"Niyyətin hara, mənzilin ora" məsəlini Premyer Liqa təmsillərinə şamil etmək düz çıxmaz. Çünki futbol bir mübarizədi və bu çəkişmədə hamı bacardığı qədər irəli, zirvəyə can atsa da, bəziləri arzusuna çatır, bəziləri rəqabətə tab gətirmir. Elita təmsilçiləri artıq qış fasiləsinə yollanıb və geriyə boylandıqda çox az komandanın ümidləri doğrultduğunu, onlardan gözlənilən futbolu sərgilədiyini, nəticə göstərdiyini görürük.
Zirvənin iki üzü
"Xəzər-Lənkəran"la "Neftçi" rəqiblərindən yaxşı mənada fərqlənir. Bunu qeyd etməklə digərlərinə qarşı haqsızlıq etmiş olmarıq. Bir-birinə prinsipial rəqib olan bu cütlük ilk növbədə sabit olmaları ilə rəqiblərindən seçilirlər. Məhz bunun nəticəsidi ki, zirvə mübarizəsi "ağ-qaralar"la cənubuluarın arasında gedir.
Hələlik lider "Neftçi"di. Özü də flaqman sonuncu turda "Xəzər-Lənkəran"ın evdə "Qarabağ"a uduzması sayəsində taxta oturdu. Amma fasilədən döndükdən sonra ilk oyunlarını elə öz aralarında oynayacaqlar ki, bu da birinci pillənin taleyi baxımından əhəmiyyətlidi. "Xəzər-Lənkəran" təsnifat mərhələsinin ilk dövrəsində "Neftçi"ni məğlub edə bilib (1:0). Amma cənublular bu qələbəni evdə qazanıblar və səfərdə işləri çox çətin olacaq.
"Neftçi"nin heyət, şərait, maddi dayaq-filandan şikayətlənməyə haqqı yoxdu. Hələ ki işləri yolundadı. Uğurlu çıxışın ən başlıca səbəbi transferlərin özünö doğrultmasıdı.
"Ağ-qaralar"ın "Rubin"dən icarəyə götürdüyü Bahodir Nasimov nəinki "Neftçi"nin, çempionatın ən sərrast futbolçusudu. Hesabında 15 qol olan özbək hücumçu bombardirlik yarışında ən yaxın izləyicilərini 6 top qabaqlayır. Braziliyalı Flavinyo da zədələnənədək komandasını arxasınca aparan simalardan idi. İqor Mitreski, Denis Silva kimi futbolçuların arxa xətdəki oyunu da "ağ-qaralar"ın çıxışına müsbət təsir edir.
"Neftçi"dən fərqli, "Xəzər-Lənkəran"ın transfer sarıdan bəxti gətirməyib. Mirça Rednikin artıq təmizləmə işlərinə başlaması vəziyyətin ürəkaçan olmadığından xəbər verir.
Lənkəranlılar uzun müddətdi komandanın şərəfini qoruyan və son dövrlər ayağı açılan honduraslı Allan Lalin, bolqar Radomir Todorov, həmçinin rumın Konstantin Arbanas və Adrian Yordaşi ilə yollarını ayırmaq qərarına gəlib. Bunadək isə braziliyalı Kristian Kabral, latviyalı Denis Romanov, argentinalı Dieqo Ruiz və gürcü Devid İmedaşvilini transferə çıxarmışdı.
8 əcnəbini heyətindən kənarlaşdıran "Xəzər-Lənkəran"da hazırda 6 legioner qalıb: Stelian Stanku, Katalin Doman, Elvin Beçiri, Dieqo Souza, Uinston Parks və Emeka Opara. Gördüyünüz kimi, "Xəzər-Lənkəran" 2-ci pillədə olsa da, durumu heç də yaxşı deyil. Sadəcə, komanda Rednikin təcrübəsi və azarkeşlərin dəstəyi ilə zirvə mücadiləsi aparır.
AZAL-ın heyət, "İnter"in hücumçu sıxıntısı var
Liderlərin ən yaxın iki izləyicisi var - AZAL və "İnter". Hər iki kollektiv cari çempionatdakı çıxışları ilə azarkeşlərin, futbol ictimaiyyətinin təəccübünə səbəb olur. "Təyyarəçilər" onlardan gözləniləndən qat-qat yaxşı çıxış etdiyi halda, son çempion sevənlərini məyus etməklə məşğuldu.
Nazim Süleymanovun əlində elə də güclü, geniş heyət yoxdu. Komandanı bir az Qvidas Yuşka ardınca aparır, bir az da Zoahir Benouahi. Amma uğurun başlıca səbəbi kollektiv oyun amili ilə bağlıdı. AZAL hələ ki gözdən-qulaqdan uzaq durub, hədəfə doğru irəliləməklə məşğuldu. Loru dildə desək, "təyyarəçilər" bu aralar saman altdan su yeridir. Amma reallıq odu ki, AZAL-ın heyəti vacib oyunlarda lazımi nəticələr qazanmaq üçün yetərli deyil.
"İnter" son illər ərzində ən pis dövrünü keçirir. "Bankirlər"in ən böyük problemi qol vurmaqda çətinlik çəkmələridi. Komandanın qol ümidi olan Robertas Poşkus, Girt Karlson kimi forvardlar sözün əsl mənasında pas atıb. Məhz bunun nəticəsdi ki, "İnter"in məhsuldarlığı olduqca aşağıdı. Geridə qalan 19 oyunda rəqib qapısına 17 dəfə yol tapan paytaxt klubu öz qapısında da 13 qol görüb.
Qeyri-sabit favoritlər
Yayda ölkəmizi Avroliqada təmsil edən "Qarabağ"la "Bakı" qeyri-sabit oyunu ilə diqqət çəkir. Xüsusilə də "zolaqlılar" azarkeşlərini hövsələdən çıxarmaqla məşğuldular. Elə ki, klub prezidenti Hafiz Məmmədov baş məşqçi Vinfred Şaferə, futbolçulara qulaqburması verir, komanda səfərdə "Neftçi"ni, "Qəbələ"ni məğlub edir. Amma azacıq başlarını boş buraxan kimi "Simurq"a belə uduzurlar.
"Qarabağ"a gəlincə, ağdamlılar autsayderə-filana uduzmasa da, qoluzorlu rəqiblərlə oyunlarda fərqli nəticələrə imza atırlar. Açığı, sonuncu turadək az qala "Qarabağ"ı çempionluğa oynayan kollektivlərin siyahısından silirdilər. Amma Qurban Qurbanovun komandası səfərdə "Xəzər-Lənkəran"ı məğlub etməklə, "mən də varam" deməyi bacardı.
Biri şanslı, digəri isə...
"Qəbələ" ilə "Gəncə" özünəməxsusluğu ilə seçilir. Xüsusən də Toni Adamsın komandası çempionata uğursuz başlasa da, sonradan məğlubedilməz "əjdaha"ya çevrildi. Amma çempionatın sonuncu turu qəbələlilər üçün düşərli olmadı. Premyer Liqada ard-arda 12 oyun yenilgi üzü görməyən əyalət təmsilçisi "Bakı"ya uduzmaqla (0:1) statusunu itirdi. Lakin ən önəmlisi odu ki, komanda hələ ki ilk "altılığ"ı tamalayır və ən yaxın izləyicisindən 2 xal öndədi.
"Gəncə"nin çıxışı hamı üçün sürpriz oldu. Açığı, çox az adam debütantdan belə inamlı oyun gözləyirdi. Fuad İsmayılovun yetirmələri bir ara "İnter" (1:0) və "Xəzər-Lənkəran"ı (4:1) evdə məğlub etməklə, iddialı duruma gəlmişdi. Lakin sonradan ardıcıl gələn məğlubiyyətlər "Gəncə"ni "altılıq" çəkişməsindən uzaqlaşdırdı və indi komandanın sadəcə, nəzəri şansı qalıb.
MOİK özünə yoldaş axtarır
Elitada qalmaq uğrunda mübarizə 4 komanda "Muğan", "Turan", "Simurq" və MOİK arasında gedəcək. Hazırkı mənzərə sonuncuların I diviziona yuvarlanacağından xəbər verir. Düzdü, "Simurq"la "Turan" eyni xala (12) malikdi. Amma komandaların cari çempionatdakı çıxışını və Tovuz klubunun futbol ənənələrini göz önünə alaraq, "Turan"ın bu mübarizədən qalib çıxacağını düşünürük.
"Muğan"la MOİK-in durumu isə bir qədər fərqlidi. Salyan təmsilçisi düşmə xəttindən 8 xal uzaq olduğundan elitada qalmaq baxımından bu "dördlük" arasında ən şanslı kollektivdi. "Hərbiçilər"sə böyük ehtimalla növbəti mövsümdə Premyer Liqada olmayacaqlar. Çünki MOİK-də ümidverici heç nə yoxdu.
ŞAMO

0
0