Uzaq Şərqdən sponsor gəlir
25.12.2010 - 00:45
Uzaq Şərqdən sponsor gəlir
Mövsümə reklamsız başlayan "Fiorentina" formasına reklam almaq üçün Uzaq Şərqə üz tutub. Apasport.az saytının "La Qazetta Dello Sport"a istinadən xəbərinə görə, Florensiya təmsilçisi Yaponiyanın "Mazda" şirkəti ilə anlaşmaq üzrədi.

İtaliya təmsilçisi hazırda köynəyində "Save the children" adlı yardım vəqfinin loqosunu gəzdirir. Lakin klub əlavə maddi gəlir əldə etmək məqsədilə gələn ildən həm vəqfin, həm də "Mazda"nın reklamını edəcək.

Xatırladaq ki, A seriyasında çətin günlər keçirən "Fiorentina" 19 xalla 15-ci pillədə qərarlaşıb.