Roberto Karlos türkləri hədələdi
25.12.2010 - 00:50
"Fənərbaxça"ya gəlişi ilə gündəm yaradan braziliyalı Roberto Karlos gedişi ilə də diqqət mərkəzində olmağa davam edir. Apasport.az saytının xəbərinə görə, "Fənər" rəhbərliyi klubu özbaşına tərk edərək "Korintians"la anlaşdığı üçün Karlosdan 1 milyon avro təzminat istəsə də, futbolçu bu iddianın düzgün olmadığını deyir.
Sambaçı onun "bülbüllər"lə müqaviləsində belə bir müddəanın olmadığını bildirib. Karlos mətbuata verdiyi açıqlamada İstanbul klubunun ünvanına ağır sözlər işlədib: "Razılaşmada müqaviləni pozacağım təqdirdə təzminat ödəyəcəyim barədə heç nə yox idi. Həmin maddəni klub sonradan ingiliscə əlavə edib və mənim bundan xəbərim yoxdu. Böyük təəssüf hissi keçirirəm. Dünyanın bir ən yaxşı klubundan başqa bir ən yaxşı klubuna keçdiyimi sanırdım, amma yanılmışam. "Fənərbaxça" peşəkar hərəkət etməyən təşkilatsız klubdu. Anelka, Orteqa və Edu da problemlə ayrılmışdı ordan. Hər üçü də axırda məhkəməyə müraciət etdi. Deyəsən, mən də bu addımı atmalı olacam. Çünki mən onlara yox, onlar mənə pul ödəməlidi".

0
0