“Turan” Naci Şensoyla yarım illik müqavilə bağlayır
25.12.2010 - 02:13
“Turan” Naci Şensoyla yarım illik müqavilə bağlayır
“Bütün məsələlərdə razılaşmışıq. İnşallah, bazar ertəsi Bakıda mətbuat konfransı keçirəcəyik. Bu həm də təqdimat mərasimi olacaq. Həmin ana qədər müqavilə imzalayacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında türkiyəli mütəxəssis Naci Şensoy deyib.

Yenidən Azərbaycana qayıdan təcrübəli çalışdırıcı “Turan”ın məşqçi postuna keçir. Bu barədə danışan Şensoy bildirib ki, komandanı Antalyaya da aparacaq: “İlk məşqimiz şənbə günü saat 15.00-da, növbəti isə bazar günü saat 10.00-da olacaq. Bundan sonra futbolçular haqda rəy hazırlaşacağam. Komanda yanvarın 4-5-də hazırlığı bərpa edəcək. Hələ planımız tam hazır deyil. Buna görə də harda hazırlıq keçəcəyimizi deyə bilməyəcəm. Ancaq yanvarın 16-dan 30-na qədər Antalyada təlim-məşq toplanışı keçirəcəyimiz dəqiqdir. Yeni anlaşmanın müddəti il yarım olacaq. Vəziyyəti bilirsiniz. “Turan” hazırda turnir cədvəlinin aşağı pillələrində məskunlaşıb. Halbuki komanda böyük hədəflərə layiqdir. Ancaq bu gün reallığı nəzərə alıb danışmalıyıq. Gələn mövsüm güclü komanda yaradıb, ilk “altılıq” uğrunda yarışacağıq. Buna görə təklifi qəbul etdim. “Turan” kubokda mübarizəni davam etdirir. Builki əsas hədəfimiz çempionatda qalmaq və kubokda bacardığımız qədər irəliləməkdir”.