Messi: “Qızıl top” mənlik deyil
25.12.2010 - 10:28
“Barselona”nın argentinalı futbolçusu Lionel Messi bu il özünü dünyanın ən yaxşısı saymır. Apasport.az saytının məlumatına görə, yığmasının 23 yaşlı lideri ardıcıl ikinci il “Qızıl top” mükafatını alacağını real hesab etmir.
Bununla barışan Messi namizədlərin adlarını da açıqlayıb: “Hesab edirəm ki, “Qızıl top”u klubdakı komanda yoldaşlarım Xavi, yaxud İnyesta alacaq. Onlar buna daha layiqdir. Mənim üçün bu il yetərincə uğurlu alındı. Ancaq Argentina yığması dünya çempionatında heç də yaxşı çıxış etmədi. Mənim yaxın məqsədim Amerika Kubokunu qazanmaqdır ki, bu, gələn il vətənimdə keçiriləcək”.
Qeyd edək ki, Xavi ilə İnyesta bu il İspaniya yığmasının heyətində dünya çempionu olublar. Sonuncu Hollandiya yığması ilə final oyununun (1:0) əlavə vaxtında vurduğu qolla komandasına tarixində ilk dəfə bu uğuru qazandırıb.
“Qızıl top”un sahibi yanvarın əvvəlində müəyyənləşəcək.

0
0