“İnter”ə yeni baş məşqçi gətirildi
25.12.2010 - 10:40
İtaliyanın “İnter” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, braziliyalı gənc mütəxəssis Leonardo baş məşqçi postunda müqaviləsi qarşılıqlı razılıqla pozulan ispaniyalı həmkarı Rafael Benitesi əvəzləyib. Yeni çalışdırıcı ilə 2012-ci ilin iyununa kimi müqavilə imzalanıb. Bununla da Milana qayıdan Leonardo yenidən bu şəhərin təmsilçisini çalışdıracaq. Ancaq fərq ondadır ki, o, bu dəfə “Milan”ı yox, onun əzəli rəqibinin baş məşqçisi olacaq.
1994-cü ildə futbolçu kimi yığmasının heyətində dünya çempionu olan Leonardo “Milan”da əvvəl texniki direktor oldu, sonra komandanın sükanı arxasına keçdi. O, həmin postu bu yay tərk etdi.
1994-cü ildə futbolçu kimi yığmasının heyətində dünya çempionu olan Leonardo “Milan”da əvvəl texniki direktor oldu, sonra komandanın sükanı arxasına keçdi. O, həmin postu bu yay tərk etdi.
0
0