“Qalatasaray” qalmaqalçı futbolçu transfer edir
25.12.2010 - 12:00
“Qalatasaray” klubu tanınmış rumıniyalı futbolçu Adrian Mutunu transfer edir. Apasport.az saytının məlumatına görə, “Cim Bom”un rumıniyalı baş məşqçisi Georgi Hacı 31 yaşlı həmyerlisini sərəncamında görmək istəyir. 2006-cı ildən İtaliyanın “Fiorentina” klubunda oynayan Mutunu serbiyalı baş məşqçisi Sinişa Mihayloviç ikinci dövrədə heyətdə görmür. Bundan sonra Hacının təşəbbüsü ilə hərəkətə keçən menecerlər həm “Fiorentina”nın rəhbərliyi, həm də futbolçu ilə təmas qurub. Danışıqlar uğurla bitmək üzrə olduğundan, Adrian “Qalatasaray”ın formasını geyməyə çox yaxındır.
İtalyanların 5 milyon avro transfer qiyməti qoyduğu Mutu ildə 2 milyon avro qazanır. Hücumçu “Cim Bom”a keçmək variantına çox yaxşı baxır ki, bu da Hacı amili ilə bağlıdır.
Qeyd edək ki, yığmada 67 oyunda 29 qol vuran Mutu daha çox qalmaqalları, dopinqdə “ilişməsi” ilə yadda qalıb. O, 2004-cü ildə “Çelsi”də oynadığı vaxt baş məşqçisi Joze Mourinyo ilə münaqişəsi olub və ardından qanında kokain tapıldığına görə 7 aylıq cəzalandırılıb. Adrian FİFA-nın ən böyük cəriməsinə (17,17 milyon avro) məruz qalan futbolçudur. Bu il yenidən qanında istifadəsi qadağan olan preparat aşkara çıxan Mutu 9 aylıq diskvalifikasiya olundu və cəzası oktyabrın 29-da bitdi.

0
0