Bəhruz Şirəliyev: 9-cu yerdə olmağımız bizi razı sala bilməz
25.12.2010 - 12:40
“Komandamızın cari mövsümdə çıxışı bizi razı sala bilməz. Əgər 9-cu yerdə gediriksə, bu, bizi qane etmir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib. Üçüncü mövsümdür güclülər dəstəsində oynayan komanda “altılıq” uğrunda mübarizə aparsa da, ora düşməyəcəyi artıq rəsmiləşib. Ancaq qış fasiləsinə major notda yollanan “Muğan” çempionluq uğrunda mübarizə aparan, turnir cədvəlində 3-cü yerdə gedən AZAL üzərində inamlı qələbə qazandı – 3:1.
Şirəliyev komandanın sabit çıxışını vacib sayır: “Düzdür, elə oyunlarımız olub ki, komandamız yaxşı oynayaraq, nəticə qazanıb. AZAL-la görüşdəki uğur da bunun nəticəsidir. Futbolçularımız həqiqətən bu görüşdə çox yaxşı oyun göstərərək, layiqli qələbə qazandılar. Ancaq bu, stabil olmalıdır və onda komandamızın çıxışı bizi sevindirə bilər. Düzdür, evdə daha yaxşı oynayaraq, xallarının çoxunu orada qazanmışıq. Ancaq həmişə futbolçulara deyirik ki, meydandan asılı olmayaraq həm evdə, həm də səfərdə yaxşı oynayıb, nəticə qazanmaq lazımdır”.
12 oyundan 20 xal toplayan “Muğan” hələ cari mövsümün gedişində bir sıra futbolçuları ilə yollarını ayırdı. Yerli futbolçulardan Vüsal Hüseynov, Fərrux İsmayılov, legionerlərdən – bolqar Nikolay Petrov-Valev, bosniyalılar İrfan Feyziçlə İlya Prodanoviçlə komandadan çıxaran salyanlılar yeni futbolçular transfer edəcək: “Çox güman, komandamızdan gedənlər olmayacaq. Düzdür, hələ tam dəqiqləşməsə də, mövsümün gedişində yetərincə futbolçu ilə yollarımızı ayırdıq. Ancaq qış fasiləsində heyətimizi gücləndirmək fikrindəyik. Yeni transferlər həm yerli, həm də legionerlər olacaq. Onların sayı 5-6 nəfər planlaşdırılıb”.
Mehman SÜLEYMANOV

0
0