“Turan”da 3-cü dəfə: Naci Şensoy yeni rekord etdi
25.12.2010 - 14:03
Naci Şensoy Tovuzun “Turan” klubunun baş məşqçisi postuna qayıtmaqla futbol tariximizə düşdü. Apasport.az saytının məlumatına görə, 52 yaşlı türkiyəli mütəxəssis ölkəmizdə 3 müxtəlif vaxtda bir komandanın sükanı arxasına keçən ilk əcnəbi oldu. İlk olaraq 2002-ci ildə ölkəmizə gələn Şensoy həmin vaxt “İstanbulspor”da köməkçi məşqçi çalışdırdı. Ancaq “Turan”ın baş məşqçi postunda Nizami Sadıqovu əvəzləyən türkiyəli debüt mövsümündə (2001/02) milli çempionatımız yarımçıq dayandırıldığından, tezliklə getdi.
Bundan sonra Sofiyanın “Slaviya” klubuna yollanan Şensoy orada da köməkçi məşqçi oldu. “Turan”a 2-ci dəfə 2004-cü ildə gələn mütəxəssis yenə Sadıqovun yerinə təyin olundu. Bu dəfə Tovuz klubunda daha çox çalışan Şensoy il yarım işlədi. “Turan” onun rəhbərliyi altında 2004/05 mövsümündə uğurla çıxış etdi. Çempionluq uğrunda mübarizə aparan komanda sonda 4-cü oldu ki, bu da son 14 ildə ən yaxşı göstərici olaraq qalır. Ancaq 2005/06 mövsümündə ilk dövrə bitəndən sonra “Turan”ın siyasətini dəyişdirməsi Şensoyun 2-ci gedişinə səbəb oldu. Belə ki, rəhbərlik aparıcı futbolçuları ilə yollarını ayıraraq, gəncləşdirməyə üstün tutdu və öz yetirmələrinə bel bağladı. Şensoy 2006-cı ilin qışında postunu köməkçisi Sakit Alıyevə təhvil verdi və komanda həmin çempionatı 6-cı yerdə bitirdi.
Şensoy həmin vaxt da Bolqarıstana üz tutdu və “Belasista”, “Pirin”, “Vihren”, “Lokomotiv” (Plovdiv) klublarını çalışdırdı. Sonuncularla bu il vidalaşan mütəxəssis 3-cü dəfə “Turan”ın dəvətini qəbul etdi. Ancaq o, bu dəfə Sadıqovu yox, özündən təcrübəli həmkarı, 65 yaşlı gürcü Revaz Dzodzuaşvili əvəzlədi. Bununla da “Turan”da son yarım ildə 3-cü baş məşqçi dəyişikliyi reallaşdı və 4-cü mütəxəssis postu tutdu. Belə ki, mövsüm bitəndən sonra, yayda komandadan gedən Sadıqovun yerinə köməkçisi Alıyev təyin olundu. O isə hələ I dövrədə - VII turda sentyabrın 27-də səfərdə “Bakı”ya 1:3 hesabı ilə uduzduqları oyundan sonra istefaya göndərildi. Mövsümün əvvəlində kluba məsləhətçi kimi dəvət edilən Dzodzuaşvili baş məşqçi postuna keçdi. Ancaq yenə paytaxt klubu ilə Tofiq Bəhramov adına Respublika stadionunda 2 top fərqli məğlubiyyətdən sonra dəyişiklik olur. “Turan”ın rəhbərliyi ilin son oyununda – XIX turda “Neftçi”yə 0:2 hesablı məğlubiyyətdən sonra Dzodzuaşvili məsləhətçi, Şensoyu baş məşqçi postuna qaytardı. Köhnə-yeni çalışdırıcı ilə yarım illik müqavilə imzalandı.
İndiyə kimi Şensoyun həmyerlisi Rasim Kara, makedoniyalı Qyoko Hacıyevski və gürcü Kaxaber Sxadadze 2 klubumuzu çalışdırıb. Kara 2004-05-ci illərdə “Xəzər Lənkəran”ı çalışdırdıqdan sonra istefaya göndərildi, qısa müddət vitse-prezident oldu və ölkəmizi tərk etdi. Bir ildən sonra, 2007-ci ilin qışında geri dönən Kara “Qarabağ”ın sükanı arxasına gətirildi. Orada 20 ay çalışan 60 yaşlı mütəxəssis 2008/09 mövsümünün startına 1 həftə qalmış komandanı atıb getdi. “Xəzər Lənkəran”ın baş məşqçi postuna qayıdan Kara orada 3 ay qaldı və elə “Qarabağ”a evdə 1:3 hesablı məğlubiyyətdən sonra istefa verərək, ölkəmizi birdəfəlik tərk etdi. Karanın ölkəmizdə uğuru “Xəzər Lənkəran”la debüt mövsümündə gümüş medal oldu.
Hacıyevski 2007-ci ilin sentyabrında “Bakı”nın baş məşqçisi postuna gətirildi və 2 il sonra istefa verdi. Komandanı 2009-cu ildə çempion olan 55 yaşlı makedoniyalı qısa müddət məsləhətçi oldu. Kiprin I divizion təmsilçisinin təklifini qəbul edən Hacıyevski ölkəmizi tərk etsə də, cəmi 6 ay sonra qayıtdı. Bu dəfə “Simurq”a üz tutan mütəxəssis əvvəl icraçı-direktor oldu, mövsüm bitəndən sonra isə müqaviləsi uzadılmayan ukraynalı Roman Pokoranın yerinə baş məşqçi postuna keçdi.
Sxadadze isə 2008-ci ilin qışında Bakının “Standard” klubunun sükanı arxasına gətirildi və 1 ildən sonra vətəninə döndü. Ölkəsinin 21 yaşlılardan ibarət yığmasının baş məşqçi postunu tutmaq təklifini qəbul edən 42 yaşlı mütəxəssisə qısa müddətdən sonra Bakıdan dəvət gəldi. Nəticədə müqaviləsini pozaraq, bu dəfə “İnter”ə gələn Sxadadze debüt mövsümündəcə çempionluq qazandırdı.
Mehman SÜLEYMANOV

0
0