Dieqo Maradona prezidenti məhkəməyə verir
25.12.2010 - 14:41
Argentina milli komandasının sabiq baş məşqçisi Dieqo Maradona yenidən diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçu Argentina Futbol Assosiasiyasının prezidenti Xulio Qrondonanı məhkəməyə verməyə hazırlaşdığını bildirib. Maradonanın bu açıqlamasının səbəbi prezidentin mətbuatda onun haqda dedikləridir. Belə ki, Qrondona 1986-cı ildə futbolçu kimi dünya çempionu olan Maradonanın narkotik və alkoqol qəbulunu davam etdiyini söyləyib. Maradona bununla bağlı artıq öz vəkilləri ilə əlaqə saxladığını bildirib.
Qeyd edək ki, tərəflər arasında münaqişə dünya çempionatından sonra başladı. 50 yaşlı Maradona bildirib ki, Qrondona bu yay Cənubi Afrika Respublikasında keçirilən mundialdan sonra yığmanın məşqçilər korpusuna münasibətdə ikiüzlü olub.

0
0