Samir Əliyevin komanda yoldaşının mənzili qarət olundu - FOTO
25.12.2010 - 15:22
Samir Əliyevin komanda yoldaşının mənzili qarət olundu - FOTO
Ukraynalı məşqçi Aleksandr Qumenyuk yeni il öncəsi xoşagəlməz olayla üzləşib. Apasport.az saytının məlumatına görə, uzun illər “Volın” klubunun heyətində yer alan, əvvəl onun qapıçısı, sonra qapıçılarla işləyən məşqçisi olan 34 yaşlı Qumenyukun ötən gecə evi qarət olunub. Oğrular onun mənzilində olmadığından istifadə edərək, basqın ediblər.

Aleksandrın sözlərinə görə, evindən çoxlu qiymətli əşyalar, aparatlar, paltarlar oğurlanıb. Bunu aşkara çıxarandan dərhal sonra milisə müraciət edən məşqçi köməyə ümid edir: “Oğurlanan əşyalardan ən çox ikisinə görə təəssüflənirəm. Bunlar 2006/07 mövsümündə “Metallist”də qazandığım bürünc medal və 1995-ci ildə Yaponiyada tələbələrin dünya Universiadasında ən yaxşı qapıçı kimi aldığım mükafatdır. Çətin ki, onlar oğrular üçün çox qiymətli olsun. Kaş ki evimi qarət edənləri hər şeyi özündə saxlayıb, bürünc medal və mükafatı mənə qaytaraydılar. Qalanlarını mən qazanacağam”.

Qeyd edək ki, Qumenyuk “Volın”da azərbaycanlı futbolçular – Samir Əliyev, Kamal Quliyev, Tərlan Əhmədov, Fərrux İsmayılov və Cahangir Həsənzadə ilə komanda yoldaşı olub.