Rafael Benites qovulanda daha çox qazanır
25.12.2010 - 15:45
Tanınmış ispaniyalı mütəxəssis Rafael Benites son 6 ayda havayı 6,5 milyon funt sterlinq qazanıb. Apasport.az saytının məlumatına görə, bu, onun yarım ildə 2 klubla - əvvəl “Liverpul”, daha sonra “İnter”lə müqaviləsinin vaxtından əvvəl pozulması sayəsində olub. İngilislər yayda Beniteslə əməkdaşlığı dayandırmalarının müqabilində ona 5 milyon funt sterlinq ödəyiblər. Bundan az sonra İtaliya klubunun sükanı arxasında Joze Mourinyonu əvəzləyən ispaniyalı klublar arasında dünya çempionu olandan sonra qovuldu. Bu, “İnter”ə 2,5 milyon funt sterlinq təzminat bahasına başa gəldi. Bununla Benites iki işdən çıxarılmağın qarşılığında İngiltərə Premyer Liqasında istənilən məşqçinin bir illik məvacibindən çox qazandı.
0
0