Bayramı qeyd etməyə gedirdi, qəzaya düşdü
25.12.2010 - 16:36
Bayramı qeyd etməyə gedirdi, qəzaya düşdü
Fransa yığmasının futbolçusu Matye Valbuena avtomobil qəzasına düşüb. Apasport.az saytının məlumatına görə, “Marsel” klubunun 26 yaşlı yarımmüdafiəçisi Bordonun yaxınlığında olan doğma şəhəri Bryujesə Milad bayramını qeyd etməyə gedərkən, qəza törədib. Ancaq Matyenin həyatı təhlükəsi yoxdur. Sadəcə, onun idarə etdiyi “Lamborghini” markalı avtomobil tamamilə yararsız hala düşdüyündən, yenisini almalı olacaq.