“Neftçi” daha 4 futbolçunu transferə çıxardı
25.12.2010 - 17:19
Qış çempionu olan “Neftçi" daha 4 futbolçunu transferə çıxarıb. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Arif Əsədov hücumçu Fərid Quliyevin ardınca müdafiəçi Ruslan Əmircanov, yarımmüdafiəçilər Eşqin Quliyevlə gürcü Vladimir Burduli və hücumçu Orxan Həsənovdan imtina edib.
O, daha çox ehtiyatda qalan bu futbolçuların transferə çıxarılması ilə bağlı siyahını klub rəhbərliyinə təqdim edib.
“Neftçi” qış transfer dövründə heyətinə daha güclü futbolçular cəlb edəcək.
O, daha çox ehtiyatda qalan bu futbolçuların transferə çıxarılması ilə bağlı siyahını klub rəhbərliyinə təqdim edib.
“Neftçi” qış transfer dövründə heyətinə daha güclü futbolçular cəlb edəcək.
0
0