“Bakı”, “Su sesi” və 3 ölkədən rəqib
26.12.2010 - 00:18
Unibank Premyer Liqasında yaranan qış fasiləsi zamanı 3 həftəlik təlim-məşq toplantısı planlaşdıran “Bakı” futbolçuları istirahətə yollanıblar. Apasport.az saytının xəbərinə görə, artıq paytaxt təmsilçisinin əcnəbi oyunçular vətənlərinə yola düşüblər.
Yeni il bayramından sonra təlimlərə davam veriləcək. Yanvarın ikinci həftəsindən etibarən düşərgəyə qayıdan futbolçular klub bazasında məşqlərə başlayacaqlar.
Hazırlıq planının xarici hissəsinə gəldikdə isə, ənənəvi qış hazırlıqları 2011-ci ilin 15 yanvar – 4 fevral tarixlərində Türkiyənin Antalya bölgəsində keçiriləcək.
Baza kimi Bələk ərazisində yerləşən “Su sesi” otelini seçən “Bakı” burada məskunlaşacaq.
Təxminən, 3 həftəlik təlim-məşq toplantısı zamanı yoldaşlıq oyunlarının keçirilməsi planlaşdırılır. Komanda toplanış dönəmində üç yoxlama oyununda qüvvəsini sınayacaq.
Rəqiblər tam dəqiqləşməsə də, bir sıra Avropa liqalarının təmsilçiləri ilə ilkin razılıq əldə olunub. Bunların sırasında Avstriya, Rumıniya, Ukrayna yüksək liqalarının təmsilçiləri yer alır.

0
0