“Çempion olsaq, hər futbolçuya yüz minlərlə dollar xərclənəcək”
27.12.2010 - 10:29
“Çempion olsaq, hər futbolçuya yüz minlərlə dollar xərclənəcək”
“Komanda rəhbərliyi cari mövsümdə böyük xərclərə düşməməyə qərar verib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.

Rumıniya mətbuatına açıqlama verən mütəxəssis baş məşqçisi olduğu komandaya bahalı transferlər etməyəcəklərini bildirib: “Bu səbəbdən kiçik məbləğdə pulla nəticələr əldə etməyə çalışıram. Əgər biz çempion titulunu qazansaq, pul məsələsində problem olmayacaq. Onda hər futbolçuya yüz minlərlə dollar xərclənəcək”.