Yoahim Löv: Türkiyə yığmasına inanıram
27.12.2010 - 10:51
“Təbii ki, Türkiyə yığmasının bizdən sonra Azərbaycanla səfərdə keçirdiyi oyunda aldığı nəticə hər kəs üçün böyük bir sürpriz oldu. İstənilən halda, bu görüşün ardından bəzi şeylərdə dəyişikliyə gedildi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan və Türkiyə yığmaları ilə bir qrupda yer alan Bundestim hər iki rəqibinə evdə böyük hesabla qalib gəlib.
Löv “ay-ulduzlular”ın Bakıda 0:1 hesablı məğlubiyyətindən sonra apardığı köklü islahatlara Türkiyə mətbuatına verdiyi müsahibədə münasibətini bildirib. Onun fikrincə, türklərin Azərbaycanla oyunda gəncləşdirmə siyasəti aparmaqla, düzgün yoldadırlar: “Bunu biz daha öncə etməyə çalışmışdıq. Qısa müddətdə bunda böyük nəticə gördük. Bu işləri görmək asan deyil. Ancaq Türkiyənin 2012-ci il Avropa çempionatının final mərhələsinə qatılmaq şansının hələ olduğunu düşünürəm. Avstriya ilə İstanbulda çətin bir sınağa çıxacaqsınız. Ancaq mən Türkiyəyə inanıram. Avstriyanı yenərək, qrupdakı xalınızı 9-a çatdıracağınızı düşünürəm”.

0
0