“O, “Xəzər Lənkəran”da oynamaq istəmirdi”
27.12.2010 - 11:03
“Xəzər Lənkəran”ın Rumıniyanın “Rapid” komandasından transfer etmək istədiyi oyunçuların keçidi ilə bağlı məsələyə 2011-ci ildə aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, təmsilçimizin rumıniyalı baş məşqçisi Mirça Rednik yalnız vətənə qayıtdıqdan sonra məsələyə aydınlıq gətirəcəyini bildirib.
O bildirib ki, neçə vaxtdır transferləri gündəmdə olan Çezinya və Qreqorinin məsələsi hələ açıq qalır: “Rapid” rəhbərliyi, konkret Dinu George mənə bunun mümkün olduğunu deyib. Lakin mən hələ Belçikadayam. Buxarestə gələn il qayıdacağam. Həmin vaxt görüşüb, məsələni müzakirə edəcəyik”.
Rumın həmkarlarımızın iddiasına görə, keçidi pulsuz başa gələcək Çezinya və Qreqorinin aylıq maaşı müvafiq olaraq 15 və 20 min avro olacaq. Həmkarlarımız Rednikin transferi baş tutmayan Osman N’Doye ilə bağlı fikirlərini də öyrəniblər: “O, komandamıza oynamaq istəmirdi. Ayda 30 min avro istəyirdi. Ona bu qədər pulu necə verə bilərdik? Elə buna görə də Osmanın keçidi mümkün olmadı”.

0
0