Almaniyanın ən yaxşı futbolçusu seçildi
27.12.2010 - 11:09
Almaniyanın ən yaxşı futbolçusu seçildi
Almaniya yığmasının yarımmüdafiəçisi Bastian Şvaynştayger ölkəsində ilin ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, “Bavariya” klubunun 26 yaşlı üzvü “Kikker”in keçirdiyi sorğunun qalibi olub.

Bastian başa çatmaqda olan ili karyerasında həlledici sayıb. O, məhz 2010-da komandalarının əsl lideri kimi açılıb, ölkəsində “qızıl dubl” edib. “Bavariya” ilə Çempionlar Liqasının finalına kimi irəliləyən Şvaynştayger dünya çempionatının bürünc medalçısı olub.

Qeyd edək ki, Bastian yığmasının heyətində milli komandamızla keçirdikləri hər üç oyunda iştirak edib. O, Bundestimin millimizə vurduğu ilk qolun müəllifi kimi tarixə düşüb. Bu, 2009-cu ilin avqustunda Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabı ilə qalib gəldikləri oyunda hesabı açdığı zaman olub.