Messi Santa-Klausdan kömək istədi
27.12.2010 - 11:13
“Barselona”nın futbolçusu Lionel Messi Şaxta babaya üz tutub. Apasport.az saytının məlumatına görə, ötən il dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilən 23 yaşlı argentinalı Santa-Klausdan 2011-ci ildə yığma ilə uğur qazanmasını istəyib: “Santa-Klausdan Yeni il hədiyyəsi kimi Argentina yığması ilə Amerika kubokunu qazanmağı istəyəcəyəm. Mən nəhayət, milli komandamın heyətində ilk titulu qazanmağı çox istəyirəm. Bu turnirdə qələbə üçün gücümü əsirgəməyəcəyəm. Bütün argentinalılar bu uğura layiqdirlər”.
Qeyd edək ki, Amerika kuboku gələn il Messinin vətənində keçiriləcək.
Qeyd edək ki, Amerika kuboku gələn il Messinin vətənində keçiriləcək.
0
0