“Neftçi”nin sabiq qapıçısı Kiyev “Dinamo”sunda
27.12.2010 - 13:15
“Neftçi”nin sabiq qapıçısı Kiyev “Dinamo”sunda
Kiyev “Dinamo”sunun yeni baş məşqçisi Yuri Syomin köməkçilərinin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis birgə çalışmaq istədiyi məşqçilər arasında Bakının “Neftçi” klubunun sabiq qapıçısı Mixail Mixaylov var.

51 yaşlı ukraynalı qapıçılar işləyən məşqçi postunda yer alıb. “Neftçi”nin sabiq qapıçısı Oleq Lujnı, Boris İqnatyev, Valeri Zuyev, Sergey Rebrov və italiyalı fiziki hazırlıq üzrə məşqçi Vinçentso Pinkolini ilə birgə məşqçilər korpusuna daxil olub.

Qeyd edək ki, Mixaylov “Neftçi”də 1988-ci ildə SSRİ çempionatının güclülər dəstəsində 24 oyun keçirib və 37 qol buraxıb.