Azərbaycan çempionu təmizləmə əməliyyatına başladı
27.12.2010 - 15:18
Bakının “İnter” klubu 4 futbolçunu transferə çıxarıb. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi Camal Məmmədovla yanaşı, legionerlərdən – bolqarıstanlı Jivko Jelev, braziliyalı Mario Souza və portuqaliyalı Filipe Jose Maçado ilə yollarını ayırması haqda qərar çıxarıb.
Daha çox ehtiyatda qalan bu futbolçulardan üçü yayda, yalnız Maçado ötən qış transfer olunmuşdu. Camal və Jivko cari çempionatda 1, Filipe 7, Mario 10 oyunda meydana çıxmışdı.
Maraqlıdır ki, “Xəzər Lənkəran”dan “İnter”ə gələn 33 yaşlı Souza litvalı həmkarı Robertas Poşkusla yanaşı, 3 qolla “İnter”in Premyer Liqada bombardiri idi.

0
0