Unibank Premyer Liqasının əvəzolunmazları
27.12.2010 - 15:35
Unibank Premyer Liqasının əvəzolunmazları
Unibank Premyer Liqasının 2010/11 mövsümündə cəmi 4 əvəzolunmaz futbolçu var. Apasport.az saytının məlumatına görə, çempionatın arxada qalan hissəsində meydana çıxan futbolçulardan yalnız 17-si bütün turların iştirakçısı olub.

Lakin onların heç də hamısı öz klubu üçün əvəzolunmaz deyil. Belə ki, yalnız 4 oyunçu arxada qalan 19 turun hamısında 90 dəqiqə meydanda olub. Bütün görüşləri əvvəldən-axıra, hakimin start fitindən final fitinədək meydanda olmaq isə yalnız 4 nəfərə qismət olub.

Bunlardan 2-si yerli, 2-si legionerdir. Əcnəbilər iddialılar arasında yer alan AZAL və “Qəbələ” klublarını təmsil edirlər. Bunlar müvafiq olaraq, Draqan Mandiç və Pavel Doroşevdir. Kamal Bayramov və Elvin Yunusov isə Premyer Liqada qalmaq üçün mübarizə aparan “Turan”la “Simurq”un əvəzolunmazlarıdır.

Vüqar XEYRULLAYEV