“Birlik kuboku”nun açılışını “İnter” edəcək
27.12.2010 - 16:13
“Birlik kuboku”nun açılışını “İnter” edəcək
Gələn ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Birlik kuboku” turnirinin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsində “Peterburqski” manejində ilk oyunlar turnirdə ölkəmizi təmsil edəcək Bakının “İnter” klubunun iştirakı ilə olacaq.

Turnirin açılış oyununun iştirakçısı olacaq “bankirlər” yanvarın 15-də Bakı vaxtilə saat 12:00-da Qırğızıstanın “Neftçi” klubu ilə görüşəcək. “İnter”in ertəsi gün Tacikistanın “İstiqlal” klubu ilə də oyunu eyni saatda, eyni məkanda olacaq. Yanvarın 17-də turnir istirahət günüdür və “İnter” qrupda sonuncu oyununu 18-də Bakı vaxtilə saat 13:00-da Moldovanın “İskra-Stal” klubu ilə keçirəcək.