Tarix təkrarlanır, yaxud “Xəzər Lənkəran” üçün oxşar ssenari
27.12.2010 - 16:19
Daha bir ili arxada qoyuruq. Cəmi 4 gün sonra Qaban ili yerini Dovşana təhvil verəcək. Futbolumuzda 2010-cu ildə reallaşmayan uğurları 2011-ci ildə gözləyəcəyik. Təbii ki, milli komandamızın seçmə mərhələlər tarixində ən yaxşı göstəriciyə imza atması və avrokuboklara qatılacaq klublarımızın qrup mərhələsinə düşmək arzusu lap öndə durur.
Başa çatmaqda olan ilə gəlincə, 2010 bəzi klublara düşərli oldu, bəzilərinə yox. “İnter”lə “Bakı” mövsümü titulla başa vurdular. “Bankirlər” çempion, “zolaqlılar” ölkə kubokunda zəfəri qeyd etsələr də, avrokuboklarda uğursuzluqla üzləşib, mübarizəni ilkin mərhələdəcə dayandırdılar.
Daxili yarışlarda işləri yaxşı getməyən “Qarabağ” ölkə kubokunun 1/8 final mərhələsində mübarizədən kənarda qalsa da, ardıcıl ikinci ildir Avroliqanın son təsnifat mərhələsinə kimi irəliləyir. Qrup mərhələsinə düşməyə ən real namizədimiz olan Ağdam təmsilçisi ölkəmizin beynəlxalq miqyasda ən layiqli komandasıdır.
“Neftçi” ardıcıl ikinci il mükafatlardan, avrokuboklardan kənarda qalsa belə, hazırda qış çempionudur və qızıl medallara əsas namizədlərdəndir. “Ağ-qaralar”ın bu mübarizədə əsas rəqibi “Xəzər Lənkəran” da çempionluğa əsas iddiaçılardandır. Amma 2010-cu ili “ağ-yaşıllar”ın aktivinə yazmaq olmaq. Buna sübut kimi, 2 diqqətçəkən məqamı göstərmək olar. Söhbət sonluqlarda büdrəyərək, yüz faiz çempionluq şansını əldən buraxmaqdan gedir.
“Altılığ”ın uzun fasilədən sonra bərpa olunduğu ötən mövsümdə mübarizə gərginliyi ilə yadda qaldı. Təsadüfi deyil ki, son tura qədər çempion müəyyənləşməmişdi və buna 4 namizəd var idi. “Xəzər Lənkəran”, “İnter”, “Bakı”, “Qarabağ” şanslarını saxlayırdılar və hər şeyə eyni gündə - mayın 15-də keçirilən XXXII tur aydınlıq gətirəcəkdi. Bu marafonda ən yaxşı şans isə “Xəzər Lənkəran”da idi. Çünki yalnız bu komanda qalib gələrdisə, rəqiblərindən asılı olmayaraq çempionluğu bayram edəcəkdi. Özü də oyun Lənkəranda keçirilirdi ki, meydan sahibləri öz stadionunda nadir hallarda uduzur.
Ancaq bəndənizin də izlədiyi “Bakı” ilə görüşdə arenanı dolduran lənkəranlı azarkeşlər sonda stadiondan məyus halda tərk etdilər. 0:1 hesablı məğlubiyyət “Xəzər Lənkəran”ı nəinki çempionluqdan, medallardan da məhrum etdi. Nəticədə 4-cü olan komanda mübarizəyə Avroliqanın 1-ci təsnifat mərhələsindən başladı. Ancaq cənublular Moldovanın “Olimpiya” klubu ilə oyunlarda da azarkeşlərini üzdü.
Düzdür, “Xəzər Lənkəran” hər iki oyunda uduzmayaraq, rəqibi ilə bərabərliyə qaldı – səfərdə 0:0, evdə 1:1. Ancaq avrokuboklarda qaydaya görə, bu halda rəqib meydanında vurulan qol əsas götürülür və bu, lənkəranlıların mübarizəni dayandırması demək idi. Özü də bu, “Xəzər Lənkəran”ın azarkeşlərinin uzun müddətdir gözlədikləri Lənkərandakı mərkəzi arenada baş verdi. Komanda öz arenasında debüt oyununda uğursuz göstəriciyə imza atdı və baş məşqçisi Ağasəlim Mircavadov istefa verdi.
Bu hadisədən 7 ay keçir və “Xəzər Lənkəran” yenə sonluğu “Fırtınalar meydanı”nda keçirir. Rumıniyalı Mirça Rednikin çalışdırdığı komandanın Lənkəranda “Qarabağ”la oyunu baxımlı alınır, maraqlı və gərgin mübarizə şəraitində keçir. Ancaq yenə azarkeşlərin ümidlərini doğrultmayan “ağ-yaşıllar” minimal fərqlə uduzdular – 1:2.
Maraqlısı odur ki, “Xəzər Lənkəran” bu dəfə də son oyuna 1-ci pillədə çıxırdı və qış çempionu olmaq üçün uduzmamaq yetərli idi. Çünki komandanın “Neftçi” ilə xalları bərabər olsaydı, şəxsi oyunda ondan üstün olduğundan, 1-ci yerdə qalırdı. Ancaq evdə buna nail olmayan cənublular prinsipial rəqibinin zirvəni onun əlindən alıb, qış çempionu olması ilə barışmalı oldu.
Göründüyü ki, tarix təkrarlanır və “Xəzər Lənkəran” üçün sonluqlar oxşar ssenari ilə olur. Komandanın həlledici görüşlərdə evdə büdrəməsi onu çempionluqdan edir. Düzdür, qış çempionluğu rəmzi xarakter daşıyır və əsas mövsümün sonunda qalib olmaqdır.
Lənkəranlılar isə buna əsas namizədlərdən biri kimi sona qədər yarışacaq. Bu mənada 2010-da baş verənlərdən nəticə çıxardıb, qış fasiləsində heyətini gücləndirmək əsas şərtlərdəndir. Onu da nəzərə alaq ki, “Xəzər Lənkəran”ı qış fasiləsindən sonra “Neftçi” ilə 1 ayda 3 vacib sınaq gözləyir. Bunlardan birincisi Premyer Liqada səfər, digər ikisi isə ölkə kubokunda 1/4 final oyunlarıdır. Bu, həlledici görüşlərdir və “Xəzər Lənkəran” kubokda yenilərsə, qazanmaq istədiyi titullardan biri əldən gedəcək. Lənkəranlı azarkeşlər isə artıq xeyli müddətdir titul gözləyir. “Xəzər Lənkəran” hələ ki yeganə çempionluğu 2007-ci ildə, sonuncu titulunu – ölkə kubokunu bundan bir il sonra qazanıb...
Mehman SÜLEYMANOV

0
0