4 yol - FOTO
28.12.2010 - 00:00
4 yol - FOTO
“Bavariya” baş məşqçisi Lui van Qal karyerası ilə bağlı yeni açıqlamalar verib. Apasport.az-ın xəbərinə görə, qarşısında 4 seçim olduğunu ifadə edən holland qərarını mövsüm sonunda verəcəyini bildirib.

Birinci variantının güclü bir ölkənin milli komanda məşqçiliyi olduğunu vurğulayan van Qal ikincinin "Ayaks"ı çalışdırmaq olduğunu qeyd edib. "Bavariya"da qalmaq fikrini 3-cü pilləyə qoyan mütəxəssis son variant kimi futboldan tamamilə uzaqlaşmağı düşündüyünü diqqətə çatdırıb.

Cari mövsüm alınan müvəffəqiyyətsiz nəticələrlə bağlı klub rəhbərliyi ilə tez-tez üz-üzə gələn Lui van Qal rəhbərliyin əksinə, oyunçular tərəfindən çox sevilir. Hətta alman mediası Bundesliqa təmsilçisinin ulduzu Bastyan Şvaynştaygerin müqaviləsini 2016-cı ilə qədər uzatmasında Qalın böyük rolu olduğunu iddia edir. Eyni zamanda mətbuat bu gedişlə Van Qalın "Ayaks"a keçməsinin sürpriz olmayacağını da xüsusilə qeyd edir.